Körpə yastığı növləri arasında: yuxu yastığı, dəstək yastığı, oturma yastığı, əmizdirmə yastığı kimi növləri var. Hər biri də funksiyasını yerinə yetirmək üçün fərqli xüsusiyyətlərdə hazırlanmaqdadır. Kiçik körpələr davamlı olaraq yatdığı üçün, yuxu əsnasında rahat olmasını təmin edəcək körpə yuxu yastığı istifadə etmək lazımdır. Körpənizin rahatca oturmasını təmin etmək üçün körpə oturma Yastığından faydalana bilərsiniz. İki tərəfindən dəstəklədiyi üçün körpəniz etibarlı bir şəkildə yatması və yıxılma təhlükəsi olmaması üçün körpə dəstək yastığından istifadə edin.Körpənizi əmizdirərkən qolunuz ağrımasın deyə körpə əmizdirmə yastıqlarından yararlana bilərsiniz. Son dərəcə asan istifadə imkanına sahib olan bu yastıqlar ilə artıq körpənizi hər yerdə rahat bir şəkildə əmizdirə bilər,həm körpəniz yumşaq yastıq üzərində rahat rahat südünü əmir həm də sizin qollarınız körpənizi tutmaqdan ağrımaz. Körpə əmizdirmə yastığının şəkli U görünüşdədir və oturma yastığı kimi də istifadə oluna bilər.