Hansı pozalarda yatmaq olmaz. Həkimlər xəbərdarlıq edir!
İnsan həyatının 1/3 hissəsini yuxuda keçirir. Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insan bədənində müxtəlif pozulmalara səbəb olur. Hansı pozalarda yatmaq olmaz: – Qarın üstə başı yana çevrilmiş vəziyyətdə yatmaq. Bu vəziyyətdə onurğa arteriyası sıxılmış vəziyyətdə qalır ve beyinin qanla təmin olunması çətinləşir. Bu isə səhər baş ağrıları ilə oyanmanıza səbəb olur. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyanlıdır. Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər. Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ve ağ ciyərə oksigen getməsini yavaşladır. Bu pozada yatmag üz derisinin dartılmasına səbəb olur. Nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir. – Bel üstə hündür yastıqda yatmaq. İnsanlar əsasən bu pozada televozora baxanda və ya kitab oxuyanda yuxuya gedir. Bu poza boyun fəqərələrinə mənfi təsir edir, sinirlər, əzələlər, damarlar sıxılır ve səher yuxudan baş ağrısı ilə oyanmağınıza səbəb olur. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf etmə riski yüksəkdir. Həmçinin bu pozada “apnoe” ( “apnoe” yuxuda nəfəs almanın müvəggəti dayanması deməkdir.) kimi xəstəlikdən əziyyət çəkən insanlara yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində “apnoe” yaranır. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. Dərin yuxuda ikən İnsan bunu hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu insanın yuxuda ani ölümünə səbəb ola bilir. – Bel üstə yastıqsız yatmaq. Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrıları ilə oyanmanıza səbəb olur. Həmçinin bu poza da insanda osteoxondroz risgini artırır. Həkimlərin fikirinə görə, bel üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumuşaq, nə də çox sərt olmamalıdır. Yastıq hündür olmamalıdır, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır. Bel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin bu poza həzm proseslərinə kömək edir, üz dərisində qırışların əmələ gəlməsinə mane olur. Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara böyrü üstə yatmaq tövsiyə olunur.
Sərt döşəklər: kim tərəfindən, nə vaxt, nə üçün və necə seçilməlidir?
Son zamanlar yumşaq tük döşəkləri tərk edib, sərt döşəklərdə, bəzən isə hətta taxta və ya döşəmədə yatmaq barədə məsləhətlərə tez-tez rast gəlirik. Sərt səthlər üzərində yatmaqla möcüzəli sağalmalar və bu cür yuxunun faydası ilə bağlı əhvalatlar bəzən olduqca inandırıcı görünməklə, düşünməyə vadar edir. lakin sərt döşək almağa tələsməyin. Əvvəlcə Spartasayağı yuxunun məhz sizin üçün uyğun olduğundan əmin olun, və uyğun gələn məmulat növünü müəyyənləşdirin. Demək olar ki, bütün istehsalçıların istehsal xəttində sərt döşək tapmaq mümkündür. Bu da təsadüfi deyil. Bu cür modellər kürək nahiyəsini güclü şəkildə dəstəkləyir, bədən çəkisinin təsiri altında az dərəcədə çökür, artıq yükləmələrə qarşı davamlıdır, buna görə də öz alıcısını asanlıqla tapır. Lakin bu sadalanan xüsusiyyətləri hər zaman üstünlük adlandırmaq olarmı? Sərt döşəklərin ayrı-ayrı modelləri bir-birindən nə ilə fərqlənir? Gəlin bunu aydınlaşdıraq.
Sərt səth üzərində yatmaq faydalıdırmı?
Yəqin ki, döşək üstündə narahat yatan bir adamın taxta üzərində və ya döşəmədə yatmağa başlaması ilə bütün problemlərdən azad olması barədə hekayələri dəfələrlə eşitmişiniz (yaxud, hələ eşidəcəksiniz). Və ya həkim-ortopedin yumşaq tük döşəkləri tənqid edərək, sərt yataqda yatmaqla bağlı uzun-uzun məsləhətlərini. Eyni zamanda məcburən döşəmədə yatmalı olan insanların yuxudan oyanandan sonra bel nahiyəsində kəskin ağrılardan və əllərin keyiməsindən, həmçinin sərtlik barədə şikayətləri də nadir hal deyil. Bəs haqlı kimdir? Taxta üzərində yatmaq faydalıdırmı? Kimi dinləmək lazımdır? Bütün bəhs olunan əhvalatlar doğrudur, lakin bunların heç birini nəzərə almaq olmaz. Özünü dinləmək, öz yaşına, çəkisinə, onurğa ilə və ümumilikdə sağlamlıqla bağlı problemlərə, həyat tərzinə, yuxudakı adəti vəziyyətə və s. uyğun olaraq sərtlik səviyyəsini seçmək lazımdır. İnsanlar fərqli olduğuna görə, bəziləri üçün sərt yataqlar faydalıdır, bəzilərinə isə ziyan. İdealda yuxu zamanı insanın onurğa sütunu təbii vəziyyətdə olmalı, etibarlı dəstək almalı və tamamilə rahatlamalıdır. Ortopedik effekt məhz buna deyilir. Həddən artıq sərt səth üzərində çanaq yuxarı qalxır, bel isə aşağı sallanır, asılı vəziyyətdə olub, gərginləşir. Bunun isə heç bir faydası yoxdur. Taxta üzərində yatmaq həvəskarlarının əksəriyyəti onurğa sütununun uzanmasına və düzləşdirilməsinə görə tərifləyir. Bu arada, təbiət etibarilə insanın onurğa sütunu düz deyil, S-şəkillidir, bel nahiyəsində əyilir ki, burada ona dəstək lazımdır. Çiyinlər isə sərt səth üzərində həqiqətən də rahatlanır və aşağı enir, düzləşir (bel üstə uzanarkən). Buna görə ümumilikdə onurğa sütunu üçün deyil, qamət üçün sərt olan səthdə yatmağın faydasından danışmaq daha düzgün olardı. Lakin döşəmədə yatdığınıza görə, qamətiniz bel ağrılarına dəyərmi? Bel nahiyəsində və ya qan dövranı ilə bağlı problemləriniz artıq yaranıbsa, bu nə ilə nəticələnə bilər? Yaxşı heç nə ilə. Ən yaxşısı ifrata varmadan, döşəmədə və ya taxta üzərində yatmamaq, keyfiyyətli sərt və ya orta sərtliyə malik döşək almaqdır. Beləliklə, sərt yerdə yatmaq müəyyən şərtlər daxilində və heç də hər kəs üçün deyil, müəyyən qrupa aid insanlar üçün faydalıdır. Səthin həddən artıq sərt olmaması, sadəcə olaraq, sərt ortopedik döşəklərdə olduğu kimi, güclü dəstəkləməni təmin edə bilməsi çox vacibdir.
Sərt döşəklər kimə lazımdır?
Qeyd etdiyimiz kimi, sərt döşəklərin mühüm fərqli cəhəti – ağır çəkiyə qarşı yüksək davamlı olmasıdır. Buna görə təəccüblü deyil ki, ilk növbədə çəkisi 90-100 kq-dan artıq olan şəxslərə sərt döşək almağı tövsiyə edirlər. Çəkili insanın beli üçün komfortlu dəstəyi yalnız bu cür modellər təmin edə, çökmədən, “qamak effektindən” qacınmağa yardım edə bilər. Uşaqların, yeniyetmələrin və 25 yaşa qədər gənclərin də sərt döşəyə eyni dərəcədə ehtiyacı var. Onurğa sütununun və qamətin düzgün formalaşması üçün, gələcəkdə deformasiyalardan və problemlərdən qacınmaq məqsədilə sərt və hamar səth üzərində yatmaq olduqca vacibdir. Yeni doğulmuş körpələrə çox sərt döşəkləri, uşaqlara və yeniyetmələrə – sadəcə olaraq sərt döşəkləri tövsiyə edirlər. Artıq qeyd etmişdik ki, sərt səth üzərində yatarkən çiyinlər düzləşir və rahatlanır. Buna görə onurğanın üst şöbələrində problemi olan, qaməti düzgün olmayan, fəqərələr arası yırtıqları olan, boyun nahiyəsində ağrıları olan insanlara sərt döşəkləri daha çox tövsiyə edirlər. Sərt döşəklərin ağırlıq altında az çökməsi sayəsində onları qarın üstə yatmağı sevənlərə da təkidlə tövsiyə edirlər (hətta bel nahiyəsində problem olduqda belə). Sərt səth üzərində qarın yataq yerinə dərinə çökə bilmədiyindən, belin həddən artıq arxaya əyilməsinə səbəb olur.
Nəhayət, sərtlik seçiminin son meyarı – həyat tərzidir. Peşəkar idmançılara, fəal həyat tərzi keçirən, fiziki əməklə məşğul olan şəxslərə sərt səth üzərində yatmaq tövsiyə olunur.
Sərt döşəklərdə kimlər yatmamalıdır?
Sərt səth üzərində yatmaqdan ilk növbədə 50-55 yaşdan yuxarı insanlar imtina etməlidir. Bu yaşda onurğa istirahət üçün xüsusi rahat şəraitə ehtiyac duymur, yataq yumşaq olmalıdır ki, döşək yumşaqlıqla beli əhatə etsin. Həmçinin oynaqlarla və qan dövranı ilə problemi olan, artrit və artrozdan əziyyət çəkən insanlara da sərt yerdə yatmaq ziyandır. Sərt səth yumşaq toxumalara əlavə təzyiq edir, qan axınını kəsir, ətraflarda keyimə, şişkinlik yaradır, xroniki xəstəliklərin ağırlaşmasına və kəskinləşməsinə səbəb olur. Bundan başqa, sərt döşəklərin bel nahiyəsində problemlər olduqda niyə əks göstəriş olduğunu artıq izah etmişdik. Həmçinin dölə artıq təzyiqdən qacınmaq üçün də hamilə qadınlara tövsiyə olunmur. Sərt döşəklər barədə unutmalı olan digər böyük bir qrup da – çəkisi 55 kiloqramdan aşağı olan böyüklərdir. Sərt modellər arıq insanın çəkisi ilə lazımi dərəcədə çökə bilməyərək, kürək nahiyəsinin düzgün dəstəklənməsini təmin edə bilməyəcək.